Cari il üçünAÇG-də neft hasilatı üzrə proqnoz açıqlanıb
2026-cı ildə Azəri–Çıraq–Günəşli neft-qaz yatağları blokunda (AÇG) xam neft hasilatının 120,1 milyon barel olacağı proqnozlaşdırılır ki, bu da 2025-ci ilin göstəricisi ilə müqayisədə 3 milyon barel azdır. Bu barədə Hesablama Palatasının verdiyi rəydə açıqlanıb.
Azəri–Çıraq–Günəşli yatağı üzrə hasilatın pik səviyyəsi 2010-cu ildə 303 milyon barel təşkil etib və həmin ildən etibarən hasilatda ardıcıl azalma müşahidə olunub.
2026-cı ildə yataq üzrə hasilatın həcmi pik dövr (2010-cu il) ilə müqayisədə 183 milyon barel az olmaqla, təxminən 2,5 dəfə aşağı səviyyədə proqnozlaşdırılır.
Cari il üzrə mənfəət neftinin və qazının satışından daxilolmaların 5 030,0 milyon ABŞ dolları olması proqnozlaşdırılır ki, AÇG yatağı üzrə dövlətin payına düşən gəlirlərin həcmi 4 235,8 milyon ABŞ dolları və ya ümumi daxilolmaların 84,2%-ni təşkil edəcək.
Aytac Zeynalova
Son xəbərlər
Daha çox