Ötən il Azərbaycanda 6 milyon tondan çox neft emal olunub
2025-ci ildə Azərbaycanda 6,2 milyon ton neft emal edilib. Bu, əvvəlki ilin göstəriciləri ilə müqayisədə Azərbaycanda neft emalı həcmləri eyni qalıb. Bu barədə Energetika Nazirliyinin 2025-ci il üzrə açıqladığı operativ məlumatlarında deyilir.
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2025-ci ilin ikinci rübündə 1,5 milyon tondan çox neft, 766 milyon kubmetrdən çox qaz emal edib..
Ötən ilin eyni dövrü ilə müqayisədə neft emalı 0,2% və ya 3,5 min ton, qaz emalı isə 11,1% və ya 95,6 milyon kubmetr azalıb.
Hesabat dövründə SOCAR-ın Azərbaycandakı müəssisələrində istehsal olunan 570 min tona yaxın neft, neft-kimya və qaz-kimya məhsulları ixrac edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 89,2 min ton və ya 13,5% azalma deməkdir.
Aytac
Son xəbərlər
Daha çox