Fevralın 1-nə Azərbaycanda pul bazası 22,545 milyard manat olub
Fevralın 1-nə ölkədə pul bazası 22,545 milyard manat təşkil edib. Bu barədə Mərkəzi Bankının (AMB) məlumatında qeyd olunub.
Bu göstərici 2026-cı ilin yanvarın 1-i ilə müqayisədə 75,1 milyon manat və ya 0,3% artım deməkdir.
Son 12 ay ərzində isə pul bazası 2,4 milyard manat və yaxud 12% artaraq iqtisadiyyatda artan likvidlik və maliyyə aktivliyi ilə paralellik göstərir.
Mərkəzi Bankın açıqlamasına görə, pul bazası iqtisadiyyatda mərkəzi bank tərəfindən yaradılan və birbaşa nəzarət olunan ilkin pul kütləsidir.
Pul bazası əsasən iki hissədən ibarətdir: dövriyyədə olan nağd pul – əhalinin və şirkətlərin əlində olan kağız və metal pullar; bankların mərkəzi bankdakı ehtiyatları – kommersiya banklarının Mərkəzi Bankda saxladığı məcburi və əlavə ehtiyatlar.
AMB-nin məlumatı pul bazasının artım tempinin ölkədə maliyyə sabitliyinə və kredit imkanlarının genişlənməsinə təsir edə biləcəyini göstərir.
Aytac