"Bitcoin" 71 min dollara doğru irəliləyib
Bitcoin bazarında son 24 saat ərzində 2,12% bahalaşaraq 70 778 dollar səviyyəsinə yüksəlib. Ethereum isə 0,05% ucuzlaşaraq 2 083 dollar olub.
Tether (USDT) dəyişməyərək 0,9992 dollar, XRP 1,31% artımla 1,44 dollar, BNB 0,45% azalma ilə 640,96 dollar səviyyəsində qərarlaşıb.
USDC 0,01% ucuzlaşaraq 0,9998 dollar, Solana 0,42% enərək 86,97 dollar olub. TRON 0,80% artaraq 0,2789 dollar, Dogecoin isə 1,34% azalaraq 0,096 dollar səviyyəsinə düşüb. İlk onluqda yer alan Bitcoin Cash isə 1,35% artaraq 528 dollar təşkil edib.
Kriptovalyuta bazarının ümumi kapitallaşması 24 saatda 1,4% artaraq 2,4 trilyon dollara yüksəlib. CMC20 indeksi isə 1,57% artaraq 145,25 bənd təşkil edib.
Bununla belə, bazarda risk iştahı hələ də zəif olaraq qalır. “Fear & Greed Index” göstəricisi 9 səviyyəsindədir ki, bu da investorlar arasında “ekstremal qorxu” mühitinin davam etdiyini göstərir.
Analitiklər bazardakı qısamüddətli artımı son günlərdə qiymətlərin kəskin enməsindən sonra texniki bərpa dalğası və investorların ucuz qiymətlərdən alış mövqeyi tutması ilə izah edirlər.
Son xəbərlər
Daha çox