BƏƏ və Azərbaycan iqtisadi əməkdaşlığı gücləndirir- Nazir
BƏƏ və Azərbaycan iqtisadi artım strateji tərəfdaşlığı gücləndirir. Bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) iqlim dəyişikliyi və ətraf mühit naziri Amna Aldahak Al Shamsi bildirib.
“BƏƏ ərzaq təhlükəsizliyi sahəsində innovasiya, yüksək texnologiya və beynəlxalq əməkdaşlığa əsaslanan proaktiv yanaşma tətbiq edir. 2051-ci ilədək Milli Ərzaq Təhlükəsizliyi Strategiyası dayanıqlı yerli istehsalın artırılması və qlobal ərzaq təchizatı zəncirinin gücləndirilməsini hədəflənir”,- nazir fevralın 16-da Bakıda keçirilən Azərbaycan–BƏƏ qida və kənd təsərrüfatı üzrə işgüzar dəyirmi masada deyib.
Nazir vurğulayıb ki, hər iki ölkə hökumətlərarası və bizneslərarası əməkdaşlığı genişləndirərək uzunmüddətli və davamlı tərəfdaşlıq qurmaq niyyətindədir
Aytac Zeynalova