Azərbaycan–BƏƏ biznes əməkdaşlığı üçün böyük potensial var – Yusif Abdullayev
Azərbaycan və BƏƏ arasında biznes əlaqələrinin genişləndirilməsi üçün böyük potensial var. Bunu Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev bildirib.
AZPROMO rəhbəri bildirib ki, tədbir ölkənin təşviqi və şirkətlər arasında əməkdaşlığın qurulması baxımından xüsusi əhəmiyyət daşıyır. Onun sözlərinə görə, BƏƏ-dən 25 nəfərlik nümayəndə heyəti və çoxsaylı şirkətlərin iştirakı, həmçinin keçirilən B2B görüşləri bizneslərə qarşılıqlı əlaqə qurmaq və əməkdaşlıq imkanlarını müzakirə etmək üçün əlverişli şərait yaradır.
Aytac