Neft qiymətləri Trampın açıqlamasından sonra 6-7% ucuzlaşıb
ABŞ Prezidenti Donald Trampın Yaxın Şərqdə davam edən münaqişənin yaxın vaxtlarda səngiyə biləcəyini bildirməsindən sonra qlobal neft qiymətləri kəskin şəkildə aşağı düşüb.
Reuters agentliyinin məlumatına görə, Brent markalı xam neftin qiyməti 6–7% azalaraq bareli təxminən 92 dollara, ABŞ-ın WTI markalı xam nefti isə 88 dollar ətrafına enib.
Qiymətlərin azalması bir gün əvvəl baş verən kəskin bahalaşmadan sonra qeydə alınıb. Belə ki, İranla bağlı münaqişə səbəbindən tədarükün kəsilməsi riskləri fonunda neftin qiyməti 100 dolları keçmişdi.
Trampın münaqişənin tezliklə başa çata biləcəyi ilə bağlı açıqlamasından sonra bazarlarda gərginlik qismən azalıb. Bununla belə, analitiklər regiondakı vəziyyətin qeyri-sabit qaldığını və neft qiymətlərinin yaxın dövrdə də yüksək dəyişkənlik göstərə biləcəyini bildirirlər.
Aytac