2025-ci ildə əsas kapitala 21,2 milyard manat investisiya yönəldilib
2025-ci ildə ölkənin iqtisadi və sosial sahələrinin inkişafı üçün əsas kapitala 21,2 milyard manat investisiya yönəldilib. Bunu Baş nazir Əli Əsədov Milli Məclisdə çıxışı zamanı deyib.
Hesabata əsasən, yatırılan investisiyanın 74,8 faizi qeyri-neft-qaz sektorunun, 25,2 faizi isə neft-qaz sektorunun payına düşüb.
Hökumət qeyri-neft sektoruna investisiyaların üstünlük təşkil etməsini iqtisadiyyatın şaxələndirilməsi və dayanıqlı inkişaf strategiyasının tərkib hissəsi kimi qiymətləndirir.
Gülnar Nazimqızı