Azərbaycan ötən il 25,2 milyard kubmetr qaz ixrac edib
2025-ci il ərzində ixrac boru kəmərləri vasitəsilə ümumilikdə 25,2 milyard kubmetr qaz ixrac olunub. Bunu baş nazir Əli Əsədov Milli Məclisdə çıxışı zamanı bildirib.
Baş nazir əlavə edib ki, Avropa bazarı ilə yanaşı, yeni istiqamətlər üzrə əməkdaşlıq inkişaf etdirilib və ilk dəfə olaraq Azərbaycan qazının Suriyaya tədarükünə başlanılıb.
Əsədov vurğulayıb ki, ötən il Azərbaycan qazını alan ölkələrin sayı 14-dən 16-ya yüksəlib, belə ki, Avropanın daha iki ölkəsi – Almaniya və Avstriya – Azərbaycan qazı ilə təmin olunmağa başlayıb.
Gülnar Nazimqızı