Cəlilababdda 5 mindən çox abonent hələ də qazsız qalıb - deputat
Cəlilabad rayonunun İranla sərhəddə yerləşən kəndlərində qaz təminatı ilə bağlı problemlər mövcuddur. Bunu deputat Elman Nəsirov deyib.
Onun sözlərinə görə, təxminən 60 kənddə qaz çəkilişi ilə bağlı problem var və 5 mindən çox abonent qazsız qalıb.
Nəsirov qeyd edib ki, sərhədyanı kəndlər üçün xüsusi sosial layihələrin həyata keçirilməsi vacibdir.
Deputat vurğulayıb ki, bu istiqamətdə tədbirlər görülməzsə, sərhəd kəndlərinin boşalması riski yarana bilər.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox