Azərbaycanda mobil və sabit internet sürəti fevralda artıb
Azərbaycanda fevralda sabit genişzolaqlı internetin median sürəti 91,27 Mb/s, mobil internetin median sürəti isə 94,95 Mb/s təşkil edib. Bu barədə Qlobal genişzolaqlı və mobil şəbəkə keyfiyyəti üzrə analitik şirkət Ookla fevral ayı üzrə “Speedtest Global Index” hesabatında qeyd edib.
Yanvar ayı ilə müqayisədə sabit genişzolaqlı internet sürəti 1,39 Mb/s və ya 1,55%, mobil internet sürəti isə 2,32 Mb/s və ya 2,50% artıb.
Məlumata görə, bu artım ölkədə rəqəmsal transformasiya prosesinin genişlənməsi, elektron xidmətlərə tələbatın artması, eləcə də distant iş və təhsil imkanlarının inkişafı ilə əlaqələndirilir. Hesabat Azərbaycanda internet infrastrukturunun inkişafı fonunda ölkənin qlobal internet reytinqlərində mövqeyinin yüksəldiyini göstərir.
Aytac