• $
  • £

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD)sisteminə qoşulub

Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD)sisteminə qoşulub
17.03.2026 12:47

 

İnnovasiya lideri Bakcell Elektron Hökumət İnformasiya Sisteminin Rəqəmsal Sənəd Dövriyyəsi (RSD) altsisteminə qoşularaq qurumlararası sənəd mübadiləsini tam rəqəmsal müstəviyə keçirib.

Bakcell sistem vasitəsilə kağız əsaslı sənəd dövriyyəsini minimuma endirərək, sənədlərin daha sürətli, şəffaf və təhlükəsiz şəkildə idarə olunmasını təmin edəcək. RSD-yə inteqrasiya proseslərin daha da optimallaşdırılmasına, əməliyyat səmərəliliyinin artırılmasına və məlumat təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Bu addım Bakcell-in rəqəmsal transformasiya strategiyasının tərkib hissəsidir və şirkətin dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir

Qeyd edək ki, bu addım Bakcell-in rəqəmsal transformasiya strategiyasının tərkib hissəsidir və şirkətin dayanıqlı inkişaf, həmçinin ətraf mühit, sosial və korporativ idarəetmə (ESG) prinsiplərinə sadiqliyini bir daha təsdiqləyir.

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən yaradılan RSD altsistemi inteqrasiya olunmuş tərəflərinelektron sənəd dövriyyəsi sistemləri arasında real vaxt rejimində və təhlükəsiz qaydada sənəd mübadiləsinin aparılması ilə bağlı inteqrasiyanın və sənədlərin hərəkəti üzrə uçotun həyata keçirilməsini təmin edir. Təkmil sertifikatlı gücləndirilmiş elektron imzalarla isə məlumatların məxfiliyi və bütövlüyü qorunur.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir.

Bakcell müxtəlif ölkələrdə telekommunikasiya, enerji, yüksək texnologiyalar və tikinti sahələrində fəaliyyət göstərən "NEQSOL Holding" beynəlxalq şirkətlər qrupunun tərkibinə daxildir.

Oxşar xəbərlər
Oxşar xəbərlər
Unibank Novruz bayramı münasibətilə 0 % komissiyalı kreditaksiyası keçirir
İqtisadiyyat 12:50
Unibank Novruz bayramı münasibətilə 0 % komissiyalı kreditaksiyası keçirir
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD)sisteminə qoşulub
İqtisadiyyat 12:47
Bakcell Rəqəmsal Sənəd Dövriyyəsi (RSD)sisteminə qoşulub
"Bitcoin"in qiyməti bahalaşıb
İqtisadiyyat 10:02
"Bitcoin"in qiyməti bahalaşıb
Qızılın qiyməti rekord həddə çatıb
İqtisadiyyat 09:56
Qızılın qiyməti rekord həddə çatıb
Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşır
İqtisadiyyat 09:54
Azərbaycan neftinin qiyməti 110 dollara yaxınlaşır
"Brent" neft bahalaşıb
İqtisadiyyat 09:41
"Brent" neft bahalaşıb

Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:18
Bu günün valyuta məzənnələri açıqlanıb
Azərbaycanda mobil və sabit internet sürəti fevralda artıb
İqtisadiyyat 14:33
Azərbaycanda mobil və sabit internet sürəti fevralda artıb
Azərbaycanda vergi ödəyicilərinin sayı 1,69 milyona çatıb
İqtisadiyyat 10:59
Azərbaycanda vergi ödəyicilərinin sayı 1,69 milyona çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol