Yanvarda xarici ticarət dövriyyəsi 25% azalıb
2026-cı ilin yanvarında Azərbaycanın xarici ticarət dövriyyəsi 3,092 milyard ABŞ dolları təşkil edib. Bu məbləğ 2025-ci ilin yanvar ayı ilə müqayisədə cari qiymətlərlə 25,1%, real ifadədə isə 29,1% azalma deməkdir. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Ticarət dövriyyəsinin 57,9%-i (1,789,9 milyon dollar) ixrac məhsullarının, 42,1%-i (1,302,2 milyon dollar) isə idxal məhsullarının payına düşüb. Nəticədə 487,7 milyon dollar müsbət ticarət saldosu yaranıb.
Eyni dövrdə qeyri neft-qaz məhsullarının ixracı 268,4 milyon dollar təşkil edib ki, bu da faktiki qiymətlərlə 9,1% artım, real ifadədə isə 20,7% azalma deməkdir.
Gülnar
Son xəbərlər
Daha çox