Qızıl və gümüş bahalaşıb
Qızılın qiyməti 1% artaraq 4 603 ABŞ dollarına bərabər olub. Bu barədə Nyu-Yorkun COMEX əmtəə birjasında qeyd olunub.
Gümüşün bir unsiyası üzrə 2026-cı ilin may fyuçerslərinin qiyməti də 2,74% bahalaşaraq 72,5 ABŞ dolları təşkil edib.
Platin spot bazarda (XPT/USD) 3,07% bahalaşaraq 2 066,78 dollar/unsiyaya çatıb. Qiymətli metalın dəyəri son ticarətdə 61,51 dollar artıb.
Analitiklər qiymətli metallar bazarındakı yüksəlişi qlobal iqtisadi qeyri-müəyyənlik, geosiyasi risklərin güclənməsi və investorların təhlükəsiz aktivlərə marağının artması ilə izah edirlər
Aytac