Büdcə qanunvericiliyinin pozulması halları artıb - deputat
Azərbaycanda səmərəlilik və İS auditlərinin audit portfelində payı hədəflərə tam çatmayıb və bəzi istiqamətlərdə geriləmə müşahidə olunur. Bunu Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.
Onun sözlərinə görə, səmərəlilik auditlərinin payı hədəflənən 15%-ə qarşı 14%, İS auditinin tətbiq olunduğu auditlərin payı isə 16%-ə qarşı 14% təşkil edib.
Bayramov qeyd edib ki, audit nəticələrində büdcə qanunvericiliyinin pozulması halları 51,6%-ə yüksəlib (2024: 45,1%). Onun sözlərinə görə, auditlər üzrə büdcəyə zərər 170,4 milyon manat təşkil edib və bu göstərici ötən illə müqayisədə 50%-dən çox artıb.
Deputat həmçinin bildirib ki, hesablanmış zərərin bərpası üzrə göstərici 74%-dən 60%-ə enib, cinayət tərkibli materialların hüquq-mühafizə orqanlarına göndərilməsi isə 40,3 milyon manata yüksələrək illik müqayisədə kəskin artım göstərib.
Bayramov əlavə edib ki, audit nəticələrində dövlət satınalmaları üzrə pozuntuların payı yüksək olaraq qalır və ümumi auditlərin təxminən 75%-ində nöqsanlar aşkarlanır.
Gülnar Nazimqızı
Son xəbərlər
Daha çox