• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank-ın Summer Challenge 2026 təcrübə proqramına qeydiyyat başladı!

Yelo Bank-ın Summer Challenge 2026 təcrübə proqramına qeydiyyat başladı!
06.05.2026 10:36

Yelo Bank karyera pillələrini inamla addımlamaq istəyən dinamik gənclər üçün qapılarını açır. Bankın hər il böyük maraqla qarşılanan “Summer Challenge 2026” təcrübə proqramına qeydiyyat başladı. Bu proqram tələbə və yeni məzunlara müasir bankçılıq mühitindəreal iş təcrübəsi qazanmaq, peşəkar mentorlardan öyrənmək və ən əsası – gələcək karyerasını Yelo komandasının bir üzvü kimi davam etdirmək şansı verir.

3 ay davam edəcək təcrübə proqramı çərçivəsində gənclər nəzəri biliklərini praktiki tapşırıqlarla möhkəmləndirəcək, korporativ mədəniyyəti daxildən öyrənəcək və komanda işinin effektivliyini hiss edəcəklər.

İştirakçılar sahib olduqları keyfiyyət və bacarıqlara uyğun olaraq İnsan Resursları, Satış, Maliyyə və Mühasibatlıq, Proqramlaşdırma, İnformasiya Texnologiyaları, Brendin İdarəedilməsi və Bankın xidmət şəbəkəsində təcrübə keçəcəklər.

Namizədlərdən aşağıdakı keyfiyyətlər gözlənilir:

✔️ Təşəbbüskarlıq və daim öyrənməyə həvəs;
✔️ Pozitiv enerji və kreativ düşüncə;
✔️ Nəticəyönümlü yanaşma və komanda ruhu.

Proqrama qoşulmaq istəyənlər 25 may 2026-cı il tarixinədək 3 qısa sualı cavablandıran 60-90 saniyəlik motivasiya videosu çəkərək qeydiyyat formunu doldurmalıdırlar.

Seçim zamanı özünü səmimi ifadə edən və tapşırığa yaradıcı yanaşan namizədlərə üstünlük veriləcək. Yayını həm əyləncəli, həm dəkaryeran üçün səmərəli keçirmək istəyirsənsə, “Summer Challenge” sənə parlaq bir başlanğıc vəd edir. Müraciət üçün tələsin: //ylb.az/summerch2026.

Yelo Bank vakansiya elanları ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan
İqtisadiyyat 17:39
Bakcell tətbiqində VIP Çarxı çevir, iPhone qazan
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
İqtisadiyyat 17:29
Bir ekosistemi və AFCA arasında əməkdaşlıq imkanları müzakirə edilib
Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın
İqtisadiyyat 13:58
Birbank-dan yeni rəqəmsal imkan: bank çıxarışınızı özünüz hazırlayın
80 000 AZN-dək kreditin 44 günlük faizi Bankdan hədiyyə!
İqtisadiyyat 13:50
80 000 AZN-dək kreditin 44 günlük faizi Bankdan hədiyyə!
PAŞA Bank KOB-lar üçün yeni “Çevik Kredit” məhsulunu təqdim edir
İqtisadiyyat 13:45
PAŞA Bank KOB-lar üçün yeni “Çevik Kredit” məhsulunu təqdim edir
Yelo Bank-ın dəstək verdiyi badmintonçuların ilk beynəlxalq uğuru!
İqtisadiyyat 11:55
Yelo Bank-ın dəstək verdiyi badmintonçuların ilk beynəlxalq uğuru!
Azeri Light neftinin qiyməti 96,13 dollar təşkil edib
İqtisadiyyat 09:36
Azeri Light neftinin qiyməti 96,13 dollar təşkil edib
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:12
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub
İqtisadiyyat 13:47
Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol