• $
  • €
  • ₽
  • ₺
  • £

Birbank “Adıiləböyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb

Birbank “Adıiləböyüsün” layihəsi ilə bank sektorunda ilkə imza atıb
06.10.2026 14:58

 

 

Birbank yeni doğulan uşaqların adına ağac əkilməsi təşəbbüsü ilə maliyyə sektorunda daha bir ilkə imza atıb. Belə ki, “Adı ilə böyüsün” layihəsi çərçivəsində uşağın anadan olmasına görə bankdan müavinət alan valideynlərə ağacın uşağın adına əkildiyini təsdiqləyən xüsusi sertifikat təqdim olunur. 

Layihə haqqında fikirlərini bölüşən Kapital Bank-ın Əməliyyatlar ofisinin lideri Məhəmməd İbrahimov qeyd edib: “Bu layihəni bizim üçün xüsusi edən odur ki, hər yeni doğulan uşağın dünyaya gəlişi bir ağacın əkilməsi ilə yaşıl bir izə çevrilir. Uşaq böyüdükcə bu təşəbbüsün yaratdığı xatirə də onunla birlikdə böyüyür. İstəyirik ki, illər sonra həmin uşaq onun adına əkilən ağacı gördükdə, dünyaya gəlişinin cəmiyyət üçün dəyərli bir hadisə olduğunu hiss etsin. Beləliklə o, həyatının ilk günündən başlayan bu xatirəni illər sonra da yaşada bilsin”. 

“Adı ilə böyüsün” layihəsi sentyabr ayından etibarən həyata keçirilir və layihə çərçivəsində ağacların əkildiyini təsdiqləyən sertifikatlar Birbank müştərilərinə həftəlik əsasda SMS vasitəsilə göndərilir. Valideynlər sertifikatın həqiqiliyini yasilgelecek.az saytı üzərindən yoxlaya bilərlər.   

Təşəbbüs körpələrin dünyaya gəlişini gözəl xatirəyə çevirməklə yanaşı, yaşıllığın artırılmasına və ətraf mühitə qayğı mədəniyyətinin təşviqinə də diqqət çəkir. 

Qeyd edək ki, layihə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin “Azərbaycan yaşıllaşdırma və landşaft quruluşu” ASC və “Kapital Bank”-ın birgə əməkdaşlığı nəticəsində həyata keçirilir.  

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 116 filial, 51 şöbədən və 13 Rəqəmsal Mərkəzdən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.  

 

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Kino biletləri də ABB mobile tətbiqində!
İqtisadiyyat 10:16
Kino biletləri də ABB mobile tətbiqində!
Azərbaycan nefti 113 dollara ticarət olunur
İqtisadiyyat 09:18
Azərbaycan nefti 113 dollara ticarət olunur
Bu günün valyuta məzənnələri açıqlanıb
İqtisadiyyat 09:12
Bu günün valyuta məzənnələri açıqlanıb
“Brent” neft ucuzlaşıb
İqtisadiyyat 23:15
“Brent” neft ucuzlaşıb
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol