• $ 1.7
  • € 1.9324
  • ₽ 0.02148
  • ₺ 0.0434
  • £ 2.2971

Avronun kursu əhəmiyyətli dərəcədə aşağı düşəcək

Avronun kursu əhəmiyyətli dərəcədə aşağı düşəcək
24.04.2015 18:45
"Frid Finans" təşkilatının Rusiya maliyyə bazarı üzrə əməliyyat idarəsinin rəisi Qeorgi Vaşenko avro barədə proqnozunu açıqlayıb.

ANS PRESS-in məlumatına görə, o deyib ki, avronun kursu əhəmiyyətli dərəcədə aşağı düşür və ruhi cəhətdən çökəcək: "Dünən gün boyunca dolların və avronun məzənnəsi rubla nisbətdə düşüb və bir dollar 51 rubla, bir avro isə 55 rubla satılıb. İndiki korreksiya ongünlük anoloji vəziyyətin təkrarıdır. Neftin qiymətinin artması rubla dəstək verir. İndi Brent markalı neftin bir barelinin qiyməti 65 dollara çatıb."

Onun sözlərinə görə, bu gün valyuta bazarında rubl yerini möhkəmləndirir. Bunun əsas səbəbi neftin qiymətinin qalxması və ixracın artmasıdır. Bu həftənin sonunadək vergi ödəmələri də Rusiya valyutasının güclənməsinə dəstək verən əsas amil olacaq.

Q.Vaşenko söyləyib ki, gün ərzində avronun kursu 50-51 rubl dinamikasında qalacaq. Günün sonunadək valyuta kursunda güclü dəyişiklik gözlənilmir və qiymət təyinatına güclü təsir edəcək əhəmiyyətli hadisələr qeydə alınmayacaq. Rubl mülayim şəkildə möhkəmlənməkdə davam edəcək. Bir dolların 50 rubldan aşağı düşməsi qısamüddətli güclü psixoloji vəziyyət doğura bilər. Amma bu hadisənin baş verməsi ehtimalı azdır.

Rusiyanın Mərkəzi Bank sədrinin birinci müavini Kseniya Yudayeva Maliyyə Sabitliyi Forumunda bildirib ki, neftin qiymətinin artması fonunda rublun möhkəmlənməsi başa çatdı, indi sabitləşmə prosesi başlayacaq.


www.ann.az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfədən çox artıb
İqtisadiyyat 17:39
Avtobus marşrutlarına onlayn bilet satışı 2 dəfədən çox artıb

Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 4 % artıb
İqtisadiyyat 17:37
Dövlət Gömrük Komitəsinin xətti ilə büdcə daxilolmaları 4 % artıb
Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub
İqtisadiyyat 15:49
Növbəti “Sıfır Tullantı” həmrəylik marafonu 5 İyun – Ümumdünya Ətraf Mühit Gününə həsr olunub
Çin və Azərbaycan şirkətlərinin qoyduğu investiyaların həcmi açıqlanıb
İqtisadiyyat 15:27
Çin və Azərbaycan şirkətlərinin qoyduğu investiyaların həcmi açıqlanıb
Azərbaycan Cənubi Qafqazda Çinin ən böyük tərəfdaşıdır
İqtisadiyyat 15:11
Azərbaycan Cənubi Qafqazda Çinin ən böyük tərəfdaşıdır
Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır
İqtisadiyyat 14:56
Çin Azərbaycanın dördüncü ən böyük ticarət tərəfdaşıdır
Ölkədə sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
İqtisadiyyat 11:45
Ölkədə sosial, işsizlikdən və icbari tibbi sığorta daxilolmaları artıb
Azərbaycanın valyuta ehtiyatlarının tərkibi açıqlanıb
İqtisadiyyat 11:31
Azərbaycanın valyuta ehtiyatlarının tərkibi açıqlanıb
AMB-nin valyuta ehtiyatlarının strukturu açıqlanıb
İqtisadiyyat 11:03
AMB-nin valyuta ehtiyatlarının strukturu açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol