Bu gün Azərbaycanın tanınan yazıçılarından olan Əkrəm Əslislinin 76 yaşı tamam olur. Səbəbkar doğum günü təəsüratlarını və kimlərlə keçirəcəyi barədə Modern.az-a danışıb:“Mən ad günümü həmişə evdə, dar dairədə, uşaqlar və balaca nəvələrimlə keçirirəm. Bu il də belə olacaq. Məclis burdan uzağa getmir. Amma dostlar sonradan təkid edəndə onlarla qeyd edirəm. Gördüm ki, əl çəkmirlər gedib otururb söhbət edirik”.Əkrəm Əylisli ad gününü hansı yazıçılarla keçirəcəyi barədə də danışıb: “Yazıçılar Birliyi ilə ruhən çoxdan qırılmışam. Əsas etibarilə həmişə gənclər, cavanlarla ünsiyyətə üstünlük vermişəm. Lap elə 30 yaşım olanda da 16-17 yaşlı adamlarla mənimki daha yaxşı tuturdu. İndi də o tərzim dəyişməyib. Adam ruhən bir-birinə yaxın olanda yaş fərqi də hiss olunmur. Qocaman yazıçılarla məndə alınmır. Kimsə zəng edib dəvət eləsə də, xüsusi tədbir kimi keçirməyəcəm”. Yazıçı ailəsi, bir müddət öncə işdən çıxarılan həyat yoldaşı və oğlanları haqda suala cavab vermək istəməyib.
ANN.Az
Bizi sosial şəbəkələrdə izləyin !