Əkrəm İmamoğlu koronavirusa yoluxdu

14:27 | 24.10.2020
Əkrəm İmamoğlu koronavirusa yoluxdu

Əkrəm İmamoğlu koronavirusa yoluxdu

İstanbul Böyük Şəhər Bələdiyyə (İBŞB) sədri Əkrəm İmamoğlu COVID-19 virusuna yoluxub.

Anews.az xəbər verir ki, bu barədə İBŞB sözçüsü Murad Onqun tvitter səhifəsindən bildirib:

"İstanbul BŞB sədrimiz Əkrəm İmamoğlunun COVID-19 testi müsbət çıxıb. Xəstəxanada müalicəyə başlayan sədrimizin səhhəti yaxşıdır. İctimaiyyətin nəzərinə çatdırırıq”.

Bununla yanaşı, Ə.İmamoğlu da tvitter səhifəsindən səsli müraciəti yerləşdirib:

"COVID-19 testim müsbət çıxdı, müalicə prosesi başladı. Səhhətim hazırda yaxşıdır, maraqlananların hamısına təşəkkür edirəm. Səhhətinizə və tədbirlərə mütləq diqqət yetirin, hamınızı sevirəm”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM