Əkrəm İmamoğlu “sənə kətə verərəm, səs vermərəm” deyən qadının evinə getdi – VİDEO

19:16 | 07.08.2019
Əkrəm İmamoğlu “sənə kətə verərəm, səs vermərəm” deyən qadının evinə getdi – VİDEO

Əkrəm İmamoğlu “sənə kətə verərəm, səs vermərəm” deyən qadının evinə getdi – VİDEO

Bu ilin qışında İstanbul Böyük Şəhər Bələdiyyəsinə namizədliyini irəli sürmüş, indiki bələdiyyə başçısı Əkrəm İmamoğlu bazarda rastlaşıb söhbət etdiyi, "Sən Ərdoğana bağlı deyilsən, sənə kətə verərəm, səs vermərəm” deyən Məhzure Kələşin evinə getdi.
Bizimyol.info xəbər verir ki, Əkrəm İmamoğlunun Ərdoğan fanatı olan Məhzurə Kələşlə bazardakı söhbəti uzun müzakirələrə səbəb olmuşdu.

O zaman "başqan olub evinə gələcəm” deyən İmamoğlu sözünü tutaraq Məhzurə Kələsin qonağı olub. Məhzurə Kələs məşhur qonağına söylədiyi sözlə yenə gündəmə damğasını vurub. "Səni mən məşhur etdim”.

İmamoğlu onun bu sözlərini qəhqəhə ilə qarşılayıb. Məhsure Kələs "biz sənə bir ilə iki dəfə qalibiyyət qazandırmış xalqıq dəyərimizi bil, Ərdoğana da arxa çıx” deyib. Həyat yoldaşının çox sərt və açıq danışdığını söyləyən əri Həsən Kələs bələdiyyə başçısından üzr istəsə də o, xalq danışdıqca mən qazanram, bildiyi , ürəyi istədiyi kimi danışısın deyib. Həsən Kələs də zarafatla "o zaman Məhzurə məni döydüyü kimi sizi də döyəcək” deyə cavab verib.
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb