Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur

18:12 | 11.09.2021
Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur

Əks-göstəriş sertifikatları ilə vaksin pasportu eynihüquqludur

Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslər vaksin pasportu və immunitet sertifikatı olanlarla bərabərhüquqludur, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, vaksin pasportu tələb olunan yerlərdə bunun əvəzinə əks-göstəriş sertifikatı təqdim edilə bilər:


"Əks-göstəriş sertifikatı vaksin pasportu və immunitet sertifikatı ilə eynihüquqludur. Vaksinə qarşı əks-göstəriş sertifikatlarına sahib olan şəxslərə iri ticarət mərkəzlərinin, mehmanxanaların və ictimai iaşə obyektlərinin qapalı məkanlarında göstərilən xidmətlərdən istifadəsində hər hansısa məhdudiyyət tətbiq olunmur”.


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb