Eks-prezidentə bəraət verilmədi

22:56 | 04.06.2015
Eks-prezidentə bəraət verilmədi

Eks-prezidentə bəraət verilmədi

Misirin Ali Məhkəməsi sabiq prezident Hüsnü Mübarək haqqında verilən bəraət qərarını ləğv edib. O, eyni iddia ilə üçüncü dəfə mühakimə olunacaq.
 
Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, Misirdə 2011-ci il hadisələrində həyatını itirən yüzlərlə adamın ölümündə günahkar bilinən Mübarək 2014-cü ildə ömürlük həbs cəzasına məhkum edilib. 2014-cü ildə iddia üzrə yenidən şikayət verilib və Mübarək bəraət alıb. Prokurorun etirazından sonra Misirdə şikayət üçün səlahiyyətli olan Ali Məhkəmə iddiaya təkrar baxılmasına qərar verib. 2011-ci ilin aprel ayından etibarən Qahirədə bir hərbi xəstəxanada müalicəsi davam edən 86 yaşındakı sabiq prezidenti eyni ittihamlarla üçüncü dəfə mühakimə olunacaq. Məhkəmənin ilk prosesi noyabrın 5-nə müəyyənləşdirilib.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM