Eks prezidentə ikinci dəfə hökm oxunacaq

17:08 | 27.09.2014
Eks prezidentə ikinci dəfə hökm oxunacaq

Eks prezidentə ikinci dəfə hökm oxunacaq

Misirdə inqilab zamanı baş verən qarşıdurmalarda yüzlərlə nümayişçinin ölümündə təqsirləndirilən keçmiş prezident Hüsnü Mübarək ona elan olunacaq hökm üçün Qahirəyə gətirilib. 

ANN.Az modern.az-a istinadən xəbər verir ki, vertolyotla paytaxta gətirilən Mübarəkə hökm Qahirə Polis Akademiyasında elan olunacaq. Misir KİV-i eks-prezidentlə bağlı məhkəməni “əsrin prosesi” adlandırır. 

Mübarək 2011-ci ilin yanvar ayında baş verən inqilab zamanı 750-dən çox nümayişçinin öldürülməsində ittiham olunur. Bu keçmiş prezidentlə bağlı ikinci prosesdir və 496 gün davam edib. Onun ömürlük azadlıqdan məhrum edilməsini nəzərdə tutan ilk məhkəmə hökmü 2012-ci ilin iyun ayında çıxarılıb. Vəkillər həmin hökmdən şikayət verdiklərinə görə, proses 2013-cü ilin aprel ayında yenidən başlayıb.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM