Ekspert: Bina tikintisi Bakıətrafı ərazilərə keçə bilər

10:45 | 02.05.2014
Ekspert: Bina tikintisi Bakıətrafı ərazilərə keçə bilər

Ekspert: Bina tikintisi Bakıətrafı ərazilərə keçə bilər

Bu gün Azərbaycanda əhalinin mənzil tələbatı gündən-günə artmaqda davam etsə də, bu, hələ ki tam olaraq ödənilə bilmir. Ancaq maraqlıdır ki, satışda mənzil tapmaq da problem deyil.Sadəcə, qiymətlərin münasib olmaması daha çox insana mənzil sahibi olmağa imkan vermir. Hesab olunur ki, vəziyyətdən çıxış yolu kimi dövlətin işə qarışması ilə yeni çoxmərtəbəli binalar tikilib bazara təqdim olunsa, bu, qiymətlərin əhəmiyyətli dərəcədə aşağı düşməsinə gətirib çıxara bilər. Yeni binaların tikilməsi və daha ucuz başa gəlməsi üçün isə Bakıətrafı boş ərazilərdən istifadə oluna bilər. Maraqlıdır ki, şəhərkənarı ərazilərdə kifayət qədər boş torpaq sahəsi olsa da, çoxmərtəbəli binaların sayı belə yerlərdə çox azdır.Uzun müddətdir ki, şəhərdə yaşanan sıxlıq həm də bu səbəblə əlaqədardır. Ekspertlər isə bildirirlər ki, burda əsas məsələ şirkətlərin şəhərkənarı ərazilərdə tikinti aparması üçün stimullaşdırıcı addımların atılmasıdır. ANN.Az Xezerxeber.com-a istinadən xəbər verir ki, “Əmlak Bazarı İştirakçıları” İctimai Birliyinin icraçı direktoru Ramil Osmanlı stimullaşdırıcı addım kimi, dövlətin tikinti şirkətlərinə vergi güzəştləri tətbiq etməsini təklif edir:“Əslində, bu gün şəhərdənkənar ərazilərdə bəzi tikinti işləri gedir. Məsələn, Masazır qəsəbəsində “Yeni Bakı”, “Qurtuluş 93” kimi yaşayış kompleksləri var. Hökumət də bu kimi ətraf ərazilərdə çoxmərtəbəli binaların tikintisini stimullaşdıra bilər. Bunun üçün ayrı-ayrı tikinti şirkətlərinə güzəştlər tətbiq edilməlidir. Bu güzəştlər vergi ödəmələri, ayrı-ayrı sənədlərin toplanmasında tətbiq olunan ödənişlərlə, texniki şərtlərin alınması ilə bağlı edilən ödənişlərlə bağlı ola bilər. İlkin olaraq şəhərin mərkəzi ilə müqayisədə iki-üç dəfə fərqli qiymətlər təklif edilə bilər. Bu zaman tikinti şirkətləri şəhərdənkənar ərazilərdə binaların tikilməsində maraqlı olar. Çünki burda iqtisadi səmərəlilik faktoru mühüm rol oynayır.Hər hansı tikinti şirkəti işə başlayarkən əvvəlcə öz gəlirini proqnozlaşdırır. Gəlirlərin hansı səviyyədə olması, eyni zamanda mənfəətin olub-olmaması məsələsi düşündürücü olduğuna görə, tikinti şirkətləri bəzi hallarda şəhərdən kənarda tikintiyə üstünlük vermirlər. Ona görə də, hesab edirəm ki, hökumət bu istiqamətdə konkret ödənişlərlə bağlı müəyyən güzəştlər tətbiq edə bilər”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti