Ekspert: “Ermənistanın gələcəyi Azərbaycandan asılıdır”

22:00 | 17.03.2021
Ekspert: “Ermənistanın gələcəyi Azərbaycandan asılıdır”

Ekspert: “Ermənistanın gələcəyi Azərbaycandan asılıdır”

"Ermənistan ötən ilin noyabrın 9-da Azərbaycan və Rusiya ilə imzalanan bəyanatın müddəalarına sadiq qalacağı təqdirdə Azərbaycanın infrastrukturundan faydalana biləcək”.

Bunu "Reporta”a "Şimali Qafqaz - Cənubi Qafqaz" kəmərində (bu kəmər vasitəsilə Gürcüstan üzərindən Rusiyadan Ermənistana qaz nəql olunurdu) təmir işlərinin aparılması ilə əlaqədar olaraq Rusiyadan Ermənistana təbii qaz nəqlinin müvəqqəti olaraq Azərbaycan üzərindən həyata keçirilməsini şərh edərkən Azərbaycan Dövlət İqtisad Universitetinin Rus İqtisad Məktəbinin direktoru, dosent Mənsur Bərxudarov deyib.

"Bu onu göstərir ki, Ermənistanın gələcəyi Azərbaycandan asılıdır. Kommunikasiyalar, yollar açılmasa o təkbaşına həmin infrastrukturu qurub inkişaf etdirə bilməyəcək. Ölkənin bugünki iqtisadi potensialı buna imkan vermir. Ona görə də Ermənistanın üçtərəfli bəyanatın müddəalarına sadiq qalmaqdan və revanşist niyyətlərdən əl çəkərək konstruktiv mövqe ortaya qoymaqdan başqa bir alternativi yoxdur. Əks təqdirdə siyasi burulğan içərisində çalxalanan qonşumuz həm də dərin iqtisadi böhrana sürüklənmək perspektivi ilə üzləşəcək”.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM