Ekspert: Kredit faizləri qalxa bilər

21:15 | 24.02.2015
Ekspert: Kredit faizləri qalxa bilər

Ekspert: Kredit faizləri qalxa bilər

Əmanətlərin Sığortalanması Fondunun indiki məqamda bu addımı atması yerinə düşdü. Bir tərəfdən manatın devalvasiyası, digər tərəfdən bu ildən banklardakı əmanətlərdən gəlirlərə verginin tətbiqi şəraitində qorunan depozitlər üzrə faiz dərəcələrinin qaldırılması zəruri idi.

Oxu.Az-a bu sözləri iqtisadçı-ekspert Pərviz Heydərov Əmanətlərin Sığortalanması Fondunun (ADİF) 2015-ci il fevral ayının 24-dən etibarən qorunan əmanətlər üzrə faiz dərəcəsinin maksimum həddini 9%-dən 12%-ə qaldırması məsələsini şərh edərkən bildirdi.

"Bu, ilk növbədə banklardan vəsaitlərin çəkilməsinin qarşısını alacaq, ikincisi isə real şəraitdə vəsaitlərin yenidən yerləşdirilməsi tendensiyası zamanı hətta əlavə stimul yaradacaq”- Pərviz Heydərov vurğulayır.

Ekspertin sözlərinə görə, qorunan əmanətlər üzrə faiz dərəcəsinin qaldırılması buna əks təsir göstərə bilər, yəni kredit faizləri qalxa bilər:

"Lakin burada bir nüans var. Bu il ölkə Prezidentinin tapşırığı ilə banklar kredit faizlərini aşağı salmalıdırlar. Qorunan əmanətlər üzrə faiz dərəcəsinin qaldırılması buna əks təsir göstərə bilər. Fikrimcə, sözügedən addım bankların aktivlərinin artması istiqamətində istənilən effekti verərsə, kreditlər də bahalaşmalı deyil və əksinə, ucuzlaşmaya yardım etməlidir”

Ekspert həmçinin bankların faizlərin qaldırılması ilə bağlı olan iddialarını da əsassız saydı:

"Banklar bildirirlər ki, pulu əhalidən baha cəlb etdiyimiz üçün kredit qiymətlərimiz qalxır. Əslində bu fikir absurddur. Əhali banklara vəsait qoymaqda maraqlı olduqda, kredit faizləri də əslində sərfəli olmalıdır”.

ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM