Ekspert: "Bakı səmasında görünən doğrudan da UNO olub" - VİDEO

10:52 | 26.12.2013
Ekspert: "Bakı səmasında görünən doğrudan da UNO olub" - VİDEO

Ekspert: "Bakı səmasında görünən doğrudan da UNO olub" - VİDEO

Milli.Az dekabrın 24-də xəbər vermişdi ki, Bakı səmasında uçan naməlum obyekt (UNO) görünüb.Disk formasında olan 5 ədəd UNO səmada işıq saçırdı. UNO-lar binanın üstündə görünürdülər. Hadisənin şahidi onları çəkmək istəyəndə isə uçub getmişdilər. Məsələ ilə bağlı Day.Az saytının əməkdaşı azərbaycanlı tədqiqatçı-ezoterik Vaqif Ələkbərovla əlaqə saxlayıb. Ekspertin sözlərinə görə, müəmmalı obyektlər ilk baxışdan babil şamlarına bənzəyir. Zəif küləyin təsiri ilə o tərəf-bu tərəfə hərəkət edirlər. Bununla belə fərqləndirici cəhətlər göstərir ki, bu doğrudan da UNO olub. "Diqqətlə baxdıqda görünür ki, videonun 48-ci saniyəsində işıq saçan üç kürə sol tərəfə hərəkət edir. Sonra isə sinxron şəkildə və sürətlə sağa doğru hərəkət edirlər. Videonun keyfiyyətsiz olması ucbatından obyektlərin səthi görünmür. Ancaq ola bilər ki, obyektlərin təsvirini verən şəxslər onların səthini də görə biliblər", - o əlavə edib. Ekspert deyib ki, skeptiklər hesab edə bilərlər ki, həmin an güclü külək fənərlərin istiqamətini dəyişir. Ancaq operator obyektivi digər kürəyə tərəf yönləndirərkən görünür ki, həmin obyekt sola doğru hərəkət etməkdə davam edir. Daha doğrusu, ehtimal olunan külək həmin obyektə təsir eləmir. "Yeri gəlmişkən, meteoməlumatlara görə, videonun çəkildiyi bazar günündə küləyin sürəti çox zəif olub - 2 m/saniyə. Adi babil fənərlərinin bir rəngi olur. Ancaq Bakı səmasında görünən həmin obyektlərin rəngləri dəyişirdi. Onlardan biri ilk əvvəl gümüşü rəngli silindrdir. 25-ci saniyədə isə onun kənarlarından tünd rəngli sferik formalı çıxıntılar yaranır. Görünən faktlar UNO ehtimalını artırır", - Vaqif Ələkbərov vurğulayıb. ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti