Ekspert: "Sahibkarlar və sürücülər 20 qəpiyə görə hər şeyə gedirlər"

10:12 | 18.12.2013
Ekspert: "Sahibkarlar və sürücülər 20 qəpiyə görə hər şeyə gedirlər"

Ekspert: "Sahibkarlar və sürücülər 20 qəpiyə görə hər şeyə gedirlər"

“Sahibkarlardan qeyri-qanuni çox pul alınır. Bunun da nəticəsində avtobus qəzalarının qarşısı alınmaz olub”Bu sözləri APA TV-nin "Sosium" verilişində qonaq olan Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov deyib. Onun sözlərinə görə, sahibkarlardan dolayı yollarla alınan pullar ucbatından onlar da gündəlik planları artırmalı olurlar: "Sürücü həmin planı doldurmaq üçün daha çox dövrə vurur, avtobusu daha sürətlə idarə etməli olur”. Mütəxəssis hesab edir ki, nə qədər  ki, sərnişindaşıma özəl sektorun əlindədir, bu hallar davam edəcək: "Ümumiyyətlə, avtobus qəzalarının çox səbəbləri var. Çünki bu sahədə problemlər çoxdur. 20 qəpiyə görə sahibkarlar və sürücülər hər şeyə əl atırlar. Bu yaxınlarda qəza törətmiş sürücülərdən biri hüquqi yardım üçün mənə müraciət etmişdi. Deyirdi ki, 9 gündür səhər 7-dən 11-ə qədər avtobus sürürəm. Mənə demişdilər ki, ölüm itim olmasın, başqa şeylərdən narahat olma, yoluna qoyarıq". Yol hərəkəti təhlükəsizliyi üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, qəzaların baş verməsinə səbəb həm də avtobusların kimə gəldi həvalə olunmasıdır: "D kateqoriyalı sürücülərə sahibkarın da marağı yoxdur, çünki D kateqoriyalı sürücülər daha çox maaş istəyirlər. Sahibkarlar da pula görə dərinə getmirlər, az maaşa razı olanlara sükanı həvalə edirlər”. Verilişdə Nəqliyyat Nazirliyinin də mövqeyi əks olunub. Nazirlik rəsmisi bu sahədə qanunsuzluğun olduğunu etiraf edib.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM