Ekspertlər: “Biz müharibəyə hazırıq” - POLEMİKA

10:00 | 14.01.2014
Ekspertlər: “Biz müharibəyə hazırıq” - POLEMİKA

Ekspertlər: “Biz müharibəyə hazırıq” - POLEMİKA

“Güclənən hərb və İKT imkanları Azərbaycana bütün Ermənistan ərazisinə nəzarət etmək imkanı yaradıb. TOS-1A “Solntsepek” tipli güclü təzyiq və temperatur yaradan silahlar dağlıq ərazilərdə müharibə zamanı ermənilərin Azərbaycan qarşısında iddia etdikləri üstünlüyü neytrallaşdıran mühüm amildir”. - Belə bir açıqlamanı Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu keçirdiyi sonuncu mətbuat konfransında deyib.

Politoloq əlavə edib ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin təsdiq etdiyi  ölkənin hava məkanından istifadə qaydalarına görə, Azərbaycan ərazisinə icazəsiz daxil olmuş hava gəmisi məcburi qaydada yerə enmə tələbinə əməl etmədikdə məhv edilə bilər: "Azərbaycan kosmik dövlətlər klubunun üzvü oldu. "AzerSpace-1" peykinin orbitə buraxılması və kosmik mərkəzin fəaliyyətə başlaması Azərbaycanın inkişafında yeni inkişaf mərhələsi yaratdı. Yerüstü təsvirlərin əldə olunması, Dağlıq Qarabağ probleminin tənzimlənməsində Azərbaycanın mövqeyində inqilabi dəyişiklikliyin əsasını qoydu. İnformasiya Texnologiyaları Universiteti yaradıldı. Azərbaycan İT sahəsində Ermənistanı üstələdi".Bütün bunlara əsasən 2014-cü ildə Qarabağ probleminin həlli istiqamətində Azərbaycanın müharibəyə tam hazır olduğu qənaətinə gəlmək olarmı?Politoloq Natiq Miri ANN.Az-a açıqlamasında bildirib ki, regionda mövcud gərginliklərin azaldıldığı təqdirdə, yeni müharibə ocağının alovlanması üçün münbit şərait yoxdur: “Müharibənin başlaması üçün nə regionda, nə də qlobal səviyyədə münbir şərait yoxdur. Fikir versək, regionda mövcud gərginliklər tədricən azaldılır. Xüsusilə, Qərb-İran münasibətlərində proseslərin daha çox anlaşma istiqamətində getməsi göstərir ki, dünya gücləri – Avropa və ABŞ, bu gərginliyin səngiməsi yönündə daha çox maraqlıdır. Ona görə də, mən inanmıram ki, dünya gücləri regionda növbəti bir münaqişə ocağının alovlanmasını istəsinlər. Bu münaqişə ocağı yalnız Azərbaycan və Ermənistan arasında müharibə ilə nəticələnəcək qədər kiçik miqyaslı bir hadisə olmayacaq. Bu müharibə hər iki tərəfin havadarları və müttəfiqləri baxımından daha böyük yanğına səbəb ola bilər. İran da Dağlıq Qarabağda müharibə tərəfdarı deyil. Çünki onsuz da iqtisadiyyatı bərbad vəziyyətdə olan İrana da bundan böyük zərbə dəyə bilər. Rusiya da bu məsələdə o qədər ciddi deyil. Rusiya Gömrük İttifaqına və Avrasiya İttifaqına üzvlüklə bağlı Ermənistan kartından Azərbaycana qarşı təzyiqlər etməkdə davam edəcək. Amma bundan o tərəfə gedəcəyinə inanmıram. Çünki müharibənin başlaması indiki məqamda Rusiyanın dövlət maraqlarına uyğun gəlmir. Rusiya seçim qarşısında qalacaq ki, bu vəziyyətdə Ermənistanın seçilməsi, Azərbaycan, Türkiyə və digər dünya güclərinə qarşı çıxmış olacaq ki, bu da Rusiyanın indiki çətin vəziyyətində onun üçün məqbul olmaz".Politoloq bildirib ki, Azərbaycanın mövcud situasiyada müharibə qərarı verəcəyi inandırıcı görünmür: "Mən inanmıram ki, Azərbaycan mövcud vəziyyətdə müharibəyə qərar versin. Əgər belə bir qərar verərsə, dünya güclərinin çox ciddi təpkiləri ilə qarşılaşacaq ki, bu da Azərbaycanın dövlət maraqlarına qətiyyən uyğun deyil. Azərbaycan bu məsələdə təklənə bilər ki, bu da gələcəkdə Dağlıq Qarabağ və ətraf rayonların birdəfəlik itirilməsi ilə nəticələnər və indiyə kimi müstəqil subyekt kimi tanınmayan qondarma Dağlıq Qarabağ respublikasının tanınmasına gətirib çıxardar. Azərbaycanın 2014-cü ildə belə düşünülməmiş addım atacağına inanmıram”Hərbi ekspert Rahib Qərib ANN.Az-a açıqlamasında "AzerSpace-1" peykinin hərbi məqsədlər üçün istifadə olunacağının mümkünlüyünə toxunub: “Müharibənin başlama tarixini Ali Baş Komandandan başqa kiminsə əvvəlcədən bilməsi, proqnoz verməsi, təbii ki, mümkünsüzdür və inandırıcı da ola bilməz. Azərbaycanda müharibə ab-havasının olması isə təbiidir. Çünki elan olunmamış müharibə hələ bitməyib və ərazilərimiz işğal altındadır. "AzerSpace-1" peykinin orbitə buraxılması ölkəmizin müdafiə qüdrətinin yüksəlməsinə və təhlükəsizliyimizin təmin olunmasında mühüm amildir. Dünya güclərinin kosmik müharibəyə, mübarizəyə daha çox diqqət yetirdiyi bir vaxtda Azərbaycanın kosmik peykinin olması ölkəmiz üçün böyük nailiyyətdir. İstənilən vaxt, xüsusilə də ərazilərimizin bütövlüyünü təmin etmək uğrunda döyüş əməliyyatları başlayarsa, "AzerSpace-1" peykinin hərbi məqsədlər üçün istifadə olunacağı, məncə, mümkündür. Sirr deyil ki, ABŞ, Rusiya və bəzi digər böyük dövlətlər kosmosdan kəşfiyyat məqsədləri üçün istifadə edir və bu sahədə üstünlüyü ələ almaq uğrunda ciddi mübarizə aparılır. Ölkəmiz də bu gün öz haqq davasını aparmağa tam hazırdır”Müharibənin başlaması məsələsinə gəldikdə isə R.Qərib Ali Baş Komandanın Nazirlər Kabinetinin son iclasında Ermənistanın 2014-cü il ərzində qəti qərarını bildirmək üçün sonuncu vaxt kimi qiymətləndirməsinə diqqət çəkib: “Təəccüblü o görünə bilər ki, 20 ildən çoxdur biz hələ də beynəlxalq ədalətin bərqərar olmasını gözləyirik. Əslində, bizim müharibəyə hazır olmağımızı və hər an başlaya bilcəyimizi reallaşdıran işğalçı Ermənistanın, eləcə də beynəlxalq təşkilatların ədalətsiz, inadkar mövqeyidir. Bu ilin sonuncu hədd olduğu isə ölkə başçısının Nazirlər Kabinetinin sonuncu iclasındakı geniş nitqində aydın göründü və Ali Baş Komandan tərəfindən bəyan olundu. Ölkə başçısının Ermənistanın 2014-cü il ərzində qəti qərarını bildirmək üçün sonuncu vaxt kimi qiymətləndirməsi və Azərbaycanın ikinci Ermənistan dövlətinin yaranmasına heç cür imkan verməyəcəyini qətiyyətlə bəyan etməsi yüksək hazırlığımızdan və özünə inamımızdan aydın xəbər verir”.SeymurANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM