Əl-Cəzirə: “Cəbhədəki gərginliklə bağlı Rusiya hərəkətə keçdi”

19:08 | 06.08.2014
Əl-Cəzirə: “Cəbhədəki gərginliklə bağlı Rusiya hərəkətə keçdi”

Əl-Cəzirə: “Cəbhədəki gərginliklə bağlı Rusiya hərəkətə keçdi”

“Əl-Cəzirə” son günlər Qarabağda cəbhə xəttində baş verən hadisələrə diqqəti çəkən məqalə ilə çıxış edib.

İnterpress.az xəbər verir ki, məqalədə Rusiya dövlət başçısı V.Putinin Azərbaycan və Ermənistan prezidentləri ilə nəzərdə tutulan görüşünün qoşunların təmas xəttində son günlər yaşanan gərginliyi azaltmaq məqsədi daşıdığı vurğulanıb. 

Saytın yazdığına görə, Rusiyanın Soçi şəhərində keçiriləcək görüşün daha sonra üçtərəfli formatda davam etdirilməsi planlaşdırılır : “Rusiya Xarici İşlər naziri S.Lavrov bölgədəki gərginliyi azaltmaq üçün üçtərəfli görüşün vacibliyini bildirib. Rəsmi Yerəvan görüşlərin 9 və ya 10 avqustda ola biləcəyini istisna etməyib”. 

Sayt Azərbaycanla-Ermənistan arasında baş verən müharibədə ən azı 30 min insanın vəfat etdiyini vurğulayaraq yeni müharibə ehtimalının narahatlıq yaratdığını qeyd edib. Cəbhə xəttində 13-ü azərbaycanlı olmaqla, ümumilikdə 18 nəfərin öldüyünə diqqət çəkilən məqalədə müharibə tarixindən də bəhs edilir. 

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM