• $ 1.7
  • € 2.0029
  • ₽ 0.021438
  • ₺ 0.0427
  • £ 2.325

“El” Hərəkatının sədr müavini Milli Şuradan istefa verib

“El” Hərəkatının sədr müavini Milli Şuradan istefa verib
06.02.2014 17:50
“Azəri-Talış” Birliyinin sədri, “El” Hərəkatının sədr müavini Mehdibəy Səfərov Milli Şuradan istefa verib.Bununla bağlı APA-ya göndərdiyi bəyanatda M. Səfərov istefasının səbəblərini açıqlayıb. O bildirib ki, Milli Şurada ayrı-seçkiliyə yol verilib: “Demokratik Qüvvələrin Milli Şurasının fəaliyyətinin ana xətti vətənimizdə dilindən, dini və milli mənsubiyyətindən asılı olmayaraq, azad, demokratik və bərabərhüquqlu vətəndaş cəmiyyəti quruculuğu olduğundan “Azəri-Talış” İctimai Birliyi də, bu dəyərləri rəhbər tutaraq, mənim Milli Şurada təmsil olunmağıma qərar verdi. Lakin ciddi səy və təkliflər irəli sürməyimə baxmayaraq, yuxarıda sadaladığım dəyərlərin heç biri (nəzəri cəhətdən olsa belə) MŞ-nın fəaliyyət proqramına daxil edilmədi. Əksinə, milli-etnik ayrı-seçkiliyə yönəlik çağırışlar edən və təklif etdiyim müstəqil fikirlərə dözümsüzlük göstərərək, məni və mənsub olduğum xalqı təhqir edən bəzi insanlar MŞ-nın Koordinasiya Şurasında təmsil olundular. Dəfələrlə bu barədə şifahi, eləcə də yazılı müraciətlər etsəm də, MŞ rəhbərliyi tərəfindən bu xüsusda heç bir əməli tədbir görmədi. Etiraf etməliyəm ki, Eldəniz Quliyevin MŞ ilə bağlı böyük ümidləri son aylar məni bu ittifaqa bağlayan yeganə tellər idi. Təəssüflər olsun ki, fundamental insan hüquq və azadlıqlarının qorunması ilə bağlı MŞ-dan gözləntilərim özünü doğrultmadı. Mən, Eldar Namazovun EL Hərəkatındakı ciddi iş qrafiki ilə əlaqədar yaranmasında müstəsna zəhməti olan MŞ-dakı fəaliyyətinə xitam verməsindən sonra, ona qarşı sərgilənən qərəzli və aşağılayıcı ifadələri də bu sıraya aid edirəm. Qeyd etdiyim məsələləri əsas gətirərək, artıq Milli Şurada fəaliyyətimi mümkünsüz hesab edirəm və 6 fevral 2014-cü il tarixdən etibarən, bu siyasi qurumda öz fəaliyyətimə xitam verirəm. MŞ-ya və orada fəaliyyətlərini davam etdirən dostlara gələcək işlərində uğurlar arzulayıram”. ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Siyasət 14:38
Akademik Yusif Məmmədəliyevin 120 illiyi qeyd ediləcək
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Siyasət 14:29
Ərdoğan Rusiya və Azərbaycan arasında gərginliyə münasibət bildirib
Prezident venesuelalı həmkarını təbrik edib
Siyasət 11:25
Prezident venesuelalı həmkarını təbrik edib
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Siyasət 22:50
İlham Əliyev Xankəndidəki 17-ci Zirvə görüşündən paylaşım edib
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Siyasət 20:11
Pezeşkianın Azərbaycana səfəri başa çatıb
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Siyasət 19:00
Ərdoğanın Azərbaycana səfəri başa çatıb
Prezident Xankəndidə Ərdoğanla görüşüb
Siyasət 18:55
Prezident Xankəndidə Ərdoğanla görüşüb
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
Siyasət 18:04
Şavkat Mirziyoyevin Azərbaycana səfəri başa çatıb
XankəndidəECO 17-ci Zirvə görüşü başa çatıb
Siyasət 16:40
XankəndidəECO 17-ci Zirvə görüşü başa çatıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol