"Əl Qaidə" İŞİD və onun lideri Bağdadini "qeyri-qanuni" elan edib. Terror qruplaşmasının lideri Zevahiri "Bu xəlifəliyi tanımırıq" deyə bəyan edib.
ANN.Az xarici ölkə mediasına istinadən xəbər verir ki, "Əl Qaidə" lideri Eymən əl-Zevahirinin yeni videosu yayımlanıb. O, İŞİD-lə münasibətlər məsələsinə toxunub. Onun sözlərinə görə, "Əl Qaidə" İŞİD-lə uzlaşma nöqtəsin tapmağa çalışıb, lakin "Əbu Bəkr əl-Bağdadinin bütün təkliflərini rədd edilib".
Zevahiri eyni zamanda İŞİD və Bağdadini "qeyri-qanuni" elan edib və "bu xəlifəliyi tanımırıq" deyib.
İŞİD 2013-cü ildə "Əl Qaidə"dən ayrılıb.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !