“Əl Qaidə” silahlıları Yəməndə beynəlxalq hava limanını ələ keçirdi

21:24 | 16.04.2015
“Əl Qaidə” silahlıları Yəməndə beynəlxalq hava limanını ələ keçirdi

“Əl Qaidə” silahlıları Yəməndə beynəlxalq hava limanını ələ keçirdi

"Əl Qaidə” terror qruplaşmasının silahlıları Yəmənin Hadramaut əyalətinin Əl Mukkala şəhərində yerləşən "Riyan” beynəlxalq hava limanını və havadan müdafiə qüvvələrinin qərargahını ələ keçiriblər.

ANN.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Əl Mayədin telekanalı məlumat yayıb.  
 
Telekanalın məlumatına görə, hazırda dəniz limanı da daxil olmaqla Əl Mukkala şəhərinin şərq sahili boyunca ərazilər silahlıların nəzarətindədir.   
 
Qeyd edək ki, terrorçular bu gün prezident sarayını və yaxınlıqdakı polis idarəsinin binasını partlatmağa cəhd edib.  Qeyd olunan obyektləri qoruyan hərbçilər terrorçu-kamikadzelər tərəfindən idarə olunan minalanmış avtomobilləri gülləbaran edib. Nəticədə avtomobillər obyektlərin girişləri qarşısında partlayıb. 


www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti