İki ekstremist qruplaşma arasında liderlik uğrunda gərgin mübarizə başlayıb. Modern.az bildirir ki, ABŞ-ın "The Wall Street Journal”ın məlumatına görə, İraq-Şam İslam Dövlətinin (İŞİD) Fransada törətdiyi terror aktlarından sonra "Əl-Qaidə” avtoritetini sürətlə itirməyə başlayıb.
Məlumatda qeyd edilir ki, iki ay əvvəl "Boko xaram” İŞİD-ə qoşulub. Bu ilin may ayında isə "Əl-Qaidə”nin rəhbərlərindən biri İŞİD tərəfə keçib. Bundan sonra sünni yaraqlılar da bu addımı atıblar.
Nəşrin iddiasına görə, zəifləyən "Əl-Qaidə”nin tezliklə xüsusi amansızlıqla özünü göstərəcəyi istisna edilmir. Mümkündür ki, bu artıq başlayıb. Malidə otelə edilən hücumu "Əl-Qaidə” ilə bağlı olan "Murabitun” həyata keçirib.
Nəşrin digər iddiasına görə, iki qruplaşma arasında fikir ayrılığı kifayət qədər böyükdür. "Əl-Qaidə” İŞİD-in qurmaq istədiyi xəlifəni tanımır. Bu iki terror təşkilatı faktiki müharibə vəziyyətindədir.
www.ann.az
Bizi sosial şəbəkələrdə izləyin !