Əlahiddə Ümumqoşun Orduya media-tur təşkil olunub (FOTO/VİDEO)

11:34 | 20.05.2023
Müdafiə Nazirliyinin təşkilatçılığı ilə Günnüt əməliyyatının beşinci ildönümü ilə bağlı Əlahiddə Ümumqoşun Orduya media-tur təşkil olunub.

Səfər çərçivəsibdə media nümayəndələri azad edilmiş yüksəkliklərdə olub, Günnüt əməliyyatında iştirak etmiş hərbi qulluqçularla görüşüblər.

Ulu Öndər Heydər Əliyevin başladığı və Müzəffər Ali Baş Komandan İlham Əliyevin davam etdirdiyi ordu quruculuğunun növbəti uğurlu mərhələsi olan Günnüt əməliyyatı Əlahiddə Ümumqoşun Orduda mövcud yüksək döyüş hazırlığının, peşəkarlığın real göstəricisidir.
 
Vurğulanıb ki, qürurla qeyd etdiyimiz Aprel döyüşləri, Günnüt Zəfəri, Tovuz döyüşləri, Vətən müharibəsindəki Qələbəmiz və sonrakı uğurlu əməliyyatlar Azərbaycanda xalq-dövlət-ordu birliyinin real nümayişi və şanlı hərb tariximizin parlaq səhifələrindəndir.

Bildirilib ki, 2018-ci ilin may ayında Naxçıvan Muxtar Respublikasında Əlahiddə Ümumqoşun Ordunun keçirdiyi əməliyyat nəticəsində Şərur rayonunun Günnüt kəndi, Ağbulaq yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı azad olunub. Bu istiqamətlərdə bir neçə əlverişli mövqelər Azərbaycan Ordusunun nəzarəti altına keçib. Əməliyyat nəticəsində 11.000 hektardan artıq ərazi azad edilib.

Hərbi qulluqçular onlar üçün yaradılan şəraitdən məmnunluqlarını ifadə edib, Günnüt əməliyyatından xatirələrini media nümayəndələri ilə bölüşüblər. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Günnüt əməliyyatına verdiyi yüksək qiymətin Əlahiddə Ümumqoşun Ordunun şəxsi heyəti üçün qürur mənbəyi olduğunu xüsusi vurğulayıblar. Bildiriblər ki, bundan sonra da Vətənə, xalqa, Hərbi anda sonsuz sədaqətlə xidmət edəcəklər.

Daha sonra media nümayəndələri Əlahiddə Ümumqoşun Orduda döyüş hazırlığı tədbirlərini izləyib, eləcə də hərbi qulluqçular üçün yaradılan şəraitlə tanış olublar.

Media-turun sonunda media nümayəndələri ƏÜO-nun Təlim-Tədris Mərkəzində Günnüt əməliyyatının beşinci ildönümünə həsr olunmuş təntənəli tədbirdə iştirak edib.
 
 


www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb