Dövlət İmtahan Mərkəzi ingilis dili fənni üzrə müəllimləri, mütəxəssisləri, magistrləri yazı işlərinin yoxlanılması prosesində marker qismində iştirak etmək üçün dəvət edir.
Mərkəzdən anews.az-a verilən məlumata görə, markerlərin funksiyaları yazı işi tapşırıqlarının qiymətləndirmə meyarları əsasında qiymətləndirilməsi olacaq.
Marker olmaq üçün ümumtəhsil müəssisələrinin ingilis dili müəllimləri, xarici dil müəllimliyi (ingilis dili); dil və ədəbiyyat müəllimliyi (ingilis dili üzrə), filologiya (ingilis dili və ədəbiyyat), tərcümə (Azərbaycan dili - ingilis dili) ixtisaslarından biri üzrə ən azı bakalavr təhsilinə malik olanlar dekabrın 30-dək müraciət edə bilərlər.
Qeyd edək ki, DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə indiyədək yazı işlərinin yoxlanılması üçün 5000 müəllim arasından təxminən 500 müəllimin seçilərək marker kimi hazırlandığını açıqlayıb.
O qeyd edib ki, ötən il həmin müəllimlərə yazı işlərinin yoxlanılması üçün 380 min manatdan çox əməkhaqqı verilib. Müəllimlər əməkhaqlarını yoxladıqları yazı işlərinə görə alıblar.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !