Əlcəzair 1/8 finalda, Rusiya qrupda qaldı

10:41 | 27.06.2014
Əlcəzair 1/8 finalda, Rusiya qrupda qaldı

Əlcəzair 1/8 finalda, Rusiya qrupda qaldı

Bu gün DÇ-2014-ün qrup mərhələsinə yekun vurulub. 

Qol.Az-ın məlumatına görə, keçiriləcək dörd oyunla 1/8 finalın bütün iştirakçıları məlum olub.

G qrupunda Portuqaliya ilə Qana millisi qarşılaşıb. Görüş Paulo Bentunun komandasının 2:1 hesablı qələbəsi ilə başa çatıb.  Ancaq bu qələbə Portuqaliyanın qrupdan çıxmasına kifayət etməyib. ABŞ Almaniyaya 0:1 hesabı ilə məğlub olmasına baxmayaraq, top nisbətinə görə 1/8 finala yüksəlib. 

G qrupunun lider Almaniyanın 1/8 finaldakı rəqibi H qrupunun ikincisi olacaq. ABŞ isə həmin qrupun birincisi ilə qarşılaşacaq.

H qrupunda Əlcəzair Rusiya ilə, Cənubi Koreya isə Belçika ilə qarşılaşıb. Belçika buna qədər 1/8 finala vəsiqəni təmin etmişdi. Cənubi Koreya isə Belçikaya 0:1 hesabı ilə uduzmaqla mübarizəni dayandırıb. Bu qrupda əsas maraq Əlcəzair – Rusiya matçına idi. Aktivində dörd xalı olan Afrika təmsilçisini 1/8 finala yüksəlmək üçün heç-heçə qane edirdisə, ruslar mütləq qələbə qazanmalı idilər. Lakin bu matçda heç-heçə oynayan Əlcəzair yığması 1/8 finala yüksəlib.  

26 iyun 

H qrupu 

01:00. Əlcəzair - Rusiya - 1:1

Qollar: Kokorin, 6 (0:1), Slimani, 60 (1:1)

01:00. Cənubi Koreya - Belçika - 0:1

Qol: Vertongen, 78 (0:1)

Qırmızı vərəqə: Stiven Defur, 45 (Belçika)

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM