Elçin Babayev: “Geomaqnit qasırğası sabahdan əvvəlki normasına düşəcək"

16:30 | 16.10.2017
Elçin Babayev: “Geomaqnit qasırğası sabahdan əvvəlki normasına düşəcək

Elçin Babayev: “Geomaqnit qasırğası sabahdan əvvəlki normasına düşəcək"

"Təqribən 5 gündür, başlayan geomaqnit qasırğası aramsız davam edir və vaxtaşırı G1, G2 kateqoriyalı səviyyələrə keçib".
 
APA-nın xəbərinə görə, bunu Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Şamaxı Astrofizika Rəsədxanasının elmi işlər üzrə direktor müavini Elçin Babayev deyib. Onun sözlərinə görə, qasırğaya səbəb Günəşdəki tac dəliklərindən başlanğıcını götürən yüksək surətli günəş plazma küləyidir.
 
E. Babayev qeyd edib ki, Günəşin səthində heç bir günəş ləkəsi müşahidə olunmur: "Adətən bu ləkələr və onların yaxınlığında olan alışmalardan sonra bu cür mürəkkəb vəziyyət yaranarsa, kosmik hava korlanırdı. Günəşin səthində orta ölçüyə malik tac dəliyindən əsən günəş plazma küləyidir. Bu külək 5 gündür, yerətrafı fəzaya çatıb və yer həmin küləyin ağuşundadır. Bu da geomaqnit qasırğasına səbəb olur".
 
Direktor müavini əlavə edib ki, kosmik hava korlanmış metro şəraitlə tandem təşkil edirsə, diskomfort vəziyyət artır. Bu halda həkimlər hansısa qabaqlayıcı məsləhətlər verir: "Belə hava ilk növbədə risk qrupuna daxil olanlara təsir edir. Ürək-qan damar sistemi, xroniki xəstəliklərinə məruz qalan insanlar, qismən də ahıl insanlar və azyaşlılar daha çox diskamforta məruz qalırlar. Belə hallar adətən impulsiv baş ağrıları, halsızlığın artması şəklində özünü göstərir. Heç bir təşvişə düşməyə ehtiyac yoxdur. Çünki Yerdə insanlar müxtəlif zamanlarda baş verən geomaqnit qasırğalarına məruz qalır. Geomaqnit qasırğası sabahdan əvvəlki normasına düşəcək".

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM