Elçin Əlibəylini döyüldüyü üçünVilayət Eyvazova MÜRACİƏT etdi

10:19 | 22.10.2019
Elçin Əlibəylini döyüldüyü üçünVilayət Eyvazova MÜRACİƏT etdi

Elçin Əlibəylini döyüldüyü üçünVilayət Eyvazova MÜRACİƏT etdi

Tanınmış teleaparıcı, teletənqidçi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəyli döyülüb.

Anews.az xəbər verir ki, Əlibəyli b barədə sosial şəbəkədə məlumat yayıb. O, baş verənlərlə bağlı daxili işlər naziri Vilayət Eyvazova müraciət ünvanlayıb:

"Azərbaycan Respublikası Daxili İşlər naziri, general-polkovnik, cənab Vilayət Eyvazova

Cənab nazir!

19 oktyabr 2019-cu il tarixində mən qonşum tərəfindən fiziki zərbələrə məruz qalmışam. Dərhal, bu barədə 102 xidmətinə məlumat vermişəm və gec də olsa polislər gəlib məndən izahat alıblar. Bu barədə mən feysbuk hesabımda açıqlama da vermişdim. Daha sonra, polislər ölkənin ictimai həyatında gərginlik olduğu üçün, statusu silməyi tövsiyə etdilər. Mən də buna əməl etdim. Zərbələr nəticəsində ağır bədən xəsarəti almışam və beş il öncə əməliyyat olduğum yırtıq zədələnib, izləri də var. Lakin, polis işə olduqca soyuqqanlı yanaşmış, mənə hələ də tibbi ekspertizaya göndəriş sənədi verməmişdir. Yalnız bu gün axşam saatlarında Polis bölməsindən zəng olunaraq barışıq təklifi olunmuşdur. Məlumat üçün deyim ki, hadisəni törədən şəxsin qardaşı DİN-də çalışır və nüfuzu hesabına bu məsələni ört-basdır etmək istəyir. Demək olar ki, nail də olub. 25 il mətbuatda çalışan, az da olsa tanınan şəxsə qarşı bunu edirlərsə, görün səsi eşidilməyən vətəndaşlar nə çəkir?

Cənab nazir! Məsələ ilə bağlı ölçü götürməyinizi xahiş edirəm!"
www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM