Elçin Əlibəylinin arvadı tərəfindən döyülməsinin səbəbi bilindi

17:17 | 19.11.2019
Elçin Əlibəylinin arvadı tərəfindən döyülməsinin səbəbi bilindi

Elçin Əlibəylinin arvadı tərəfindən döyülməsinin səbəbi bilindi

Tanınmış teleaparıcı Elçin Əlibəyli və 1993-cü il təvəllüdlü həyat yoldaşı D.Vaqifzadə arasındakı münaqişənin səbəbləri məlum olub. 
Oxu.Az xəbər verir ki, ilkin məlumatlarda cütlük arasında münaqişənin uşaq səbəbindən baş verdiyi bildirilib. 
Məlumata görə, D.Vaqifzadə övladı ilə birlikdə ölkədən çıxmaq üçün etibarnamə istəyib. Ancaq aparıcı buna qarşı çıxıb. Buna görə tərəflər arasında münaqişə baş verib. 

Qeyd edək ki, E.Əlibəyli Nəsimi Rayon Polis İdarəsinin 20-ci Polis Bölməsinə müraciət edərək bildirib ki, noyabrın 17-də H.Əliyev küçəsində arvadı, Tərtər rayon sakini, 1993-cü il təvəllüdlü D.Vaqifzadə xuliqanlıq zəminində onu döyərək xəsarət yetirib. 

Teleaparıcı faktın dezinformasiya olduğunu bildirərək, bununla bağlı məlumat yayan KİV-i məhkəməyə verəcəyini deyib. Bu baxmayaraq, jurnalistin ifadəsi polisdə qeydiyyata alınıb və faktla bağlı araşdırma aparılır.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb