Oxu.Az-ın məlumatına görə, bu barədə məlumatı teleaparıcı Hacı Nuran öz Facebook səhifəsində paylaşıb.
Teleaparıcının qeyd edib ki, bu gün səhər saat 8:00-da "Hatha-Yoqa” sessiyası, 9:00-da isə "Sri Sri Yoqa” sessiyası olub.
Açıq hava yoqa sessiyası "Yoga Shahi” studiyasının təcrübəli müəllimləri Yelena Səfərova və Elçin Quliyev tərəfindən keçirilib.
"Saat 8:00-da 10 ildən çox təcrübəsi olan, 2009-cu ildə Polşadakı Beynəlxalq Şivananda yoqa kurslarını bitirərək yoqa müəllimi adına layiq görülmüş Elçin Quliyevin iştirakı ilə yoqanın klassik növü olan "Hatha-Yoqa” sessiyası, saat 9:00-da isə "art of life” fondunun təmsilçilərindən biri olan Yelena Səfərovanın iştirakı ilə "Sri Sri Yoqa” sessiyası təşkil edilib”.
www.anews.az
Bizi sosial şəbəkələrdə izləyin !