Eldar Cəfərov "Bank Technique"nin İdarə Heyətinin sədri təyin olundu

16:13 | 28.10.2015
Eldar Cəfərov

Eldar Cəfərov "Bank Technique"nin İdarə Heyətinin sədri təyin olundu

Onun I müavini vəzifəsi Samir Baxşəliyevə həvalə olunub

Eldar Cəfərov "Bank Technique" ASC-nin İdarə Heyətinin sədri  vəzifəsinə gətirilib.
 
Bu barədə "APA-Economics"in bankdakı mənbələri xəbər verir.
 
Məlumata əsasən, E. Cəfərov artıq vəzifələrinin icrasına başlayıb.
 
Bundan öncə E. Cəfərov "Mol Bulak" bank olmayan kredit təşkilatının İdarə Heyətinin sədri vəzifəsini tutub.
 
Bununla yanaşı, Samir Baxşəliyev E. Cəfərovun I müavini təyin olunub.
 
S. Baxşəliyev "Nikoil Bank"da filial direktoru kimi çalışıb.
 
Qeyd edək ki, dünəndən etibarən bankın Müşahidə Şurasının sabiq sədri Etibar Əliyev əvvəlki vəzifəsinə qayıdıb. "APA-Economics"ə açıqlamasında E. Əliyev bildirib ki, Müşahidə Şurasını, İdarə Heyətini yenidən formalaşdıracaq.
 
Xatırladaq ki, E. Əliyevin banka rəhbərlik etdiyi zamanda S. Baxşəliyev İdarə Heyəti sədrinin müavini olub.

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM