Eldar Həsənovla bağlı XƏBƏR VAR

12:45 | 22.09.2020
Eldar Həsənovla bağlı XƏBƏR VAR

Eldar Həsənovla bağlı XƏBƏR VAR

Bu gün Bakı Apelyasiya Məhkəməsində Azərbaycanın sabiq baş prokuroru, hazırda həbsdə olan Eldar Həsənovun məhkəməsi keçirilib.

Anews.az-ın verdiyi xəbərə görə, E.Həsənovun girov müqabilində ev dustaqlığına buraxılmaq üçün etdiyi müraciəti hakim Rəşad Abdulov təmin etməyib, o, həbsdə qalıb.

 E.Həsənov Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. Avqustun 14-də Səbail Rayon Məhkəməsi tərəfindən onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Həsənov Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham təqsirləndirilir. 
Onun sonuncu vəzifəsi Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Hersoqovinadakı səfiri olub.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM