Eldar Sabiroğlu MN-ə qayıdır

18:03 | 10.12.2013
Eldar Sabiroğlu MN-ə qayıdır

Eldar Sabiroğlu MN-ə qayıdır

"Bu gün məzuniyyət müddətim bitir"Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu vəzifəsinin icrasına dönür. AzNews.az-ın məlumatına görə, Eldar Sabiroğlunun məzuniyyət müddəti bitmək üzrədir və o, yaxın müddətdə vəzifəsinin icrasına qayıdacaq. E. Sabiroğlu faktı AzNews.az-a təsdiq edərək, bildirib ki, bu gün onun məzuniyyət müddəti bitir və artıq sabahdan işinin icrasına başlayacaq. Xatırladaq ki, Zakir Həsənov müdafiə naziri təyin edildikdən bir müddət sonra qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sabiroğlunun da vəzifəsindən uzaqlaşdırıldığı haqda mediada məlumat yayıldı. Sonradan bəlli olub ki, E.Sabiroğlu ordudan tərxis olunmaq üçün raportla müraciət edib. Amma, hələlik ona məzuniyyət verilib və qayıtdıqdan sonra ordudan tərxis olunması məsələsinə baxılacaq.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM