Eldar Sabiroğlu Silahlı Qüvvələrdən tərxis olundu

15:23 | 11.12.2013
Eldar Sabiroğlu Silahlı Qüvvələrdən tərxis olundu

Eldar Sabiroğlu Silahlı Qüvvələrdən tərxis olundu

Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu Silahlı Qüvvələrdən tərxis olunub.APA-nın məlumatına görə, bu barədə müdafiə naziri, general-polkovnik Zakir Həsənov əmr imzalayıb. Eldar Sabiroğlu APA-nın sorğusuna cavabında müdafiə naziri Zakir Həsənovun müvafiq əmri ilə ordu sıralarından tərxis olunması barədə xəbəri təsdiqləyib. Qeyd edək ki, bu ilin oktyabrında Eldar Sabiroğlu raportda müdafiə naziri, general-polkovnik Zakir Həsənovdan Silahlı Qüvvələrdən tərxis olunmasını xahiş edib və məzuniyyətə çıxıb. Məzuniyyəti başa çatan kimi o ordu sıralarından tərxis edilib. Bununla bağlı APA-ya danışan Eldar Sabiroğlu bunun normal hal olduğunu deyib: “Mən buna təbii baxıram. Təxminən yeddi ilə yaxın ordu həyatım mənim üçün bir məktəb oldu. Bu gün öz istəyimlə hörmətli müdafiə nazirinə raportla müraciət edərək Silahlı Qüvvələrdən tərxis olunmağım barədə sərəncam verməsini ondan xahiş etmişəm. Mən özümü Vətənimin, ulu öndər Heydər Əliyevin və Ali Baş Komandanım, cənab İlham Əliyevin əsgəri hesab edir və bundan fəxr duyuram. Müdafiə Nazirliyinin fəaliyyətinə də uğurlar arzulayıram”.ANN.Az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti

“Bir Pəncərə İxraca Dəstək Mərkəzi” xətti ilə ixrac azalıb