Eldəniz Səlimov Baş Prokurorluq tərəfindən SAXLANILDI

13:46 | 03.08.2021
Eldəniz Səlimov Baş Prokurorluq tərəfindən SAXLANILDI

Eldəniz Səlimov Baş Prokurorluq tərəfindən SAXLANILDI

Milli Məclisdə polisə qarşı zor tətbiq etdiyi üçün barəsində cinayət işi açılan deputat Eldəniz Səlimovun  toxunulmazlıq hüququ ləğv edilib.


Toxunulmazlıq hüququndan məhrum edilən millət vəkili törətdiyi əmələ görə artıq Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən saxlanılıb. Belə ki, E.Səlimov bu gün Binəqədi rayon məhkəməsində hakim qarşısına çıxarılacaq. 


İyulun 29-da saat 1 radələrində Xaçmaz şəhərində yerləşən "Starıy Dvor” restoranında Milli Məclisin deputatı Eldəniz Səlimov polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq etmişdi.

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM