Bələdiyyələrlə bağlı bəzi məsələlərin sadələşdirilməsinə ehtiyac var - Siyavuş Novruzov/Video

12:09 | 01.02.2024
Bələdiyyələrlə bağlı bəzi məsələlərin sadələşdirilməsinə ehtiyac var - Siyavuş Novruzov/Video

Bələdiyyələrlə bağlı bəzi məsələlərin sadələşdirilməsinə ehtiyac var - Siyavuş Novruzov/Video

Bələdiyyələrlə bağlı bəzi məsələlərin sadələşdirilməsinə ehtiyac var. Bunu deputat Siyavuş Novruzov deyib. 

"Aldığımız təkliflər görə bələdiyyələrin sayının azaldılması təklif olunur. Təsəvvür edin əhalisi bizdən qat-qat çox olan Türkiyədə 800 bələdiyyə fəaliyyət göstərir. Bizdə isə bu rəqəm 1600-dür. Məsələn Türkiyədə_Avropada elə olur ki, bir şəhəri bir nəfər idarə edir. Bu sadələşdirilmiş mexanizmdir. Biz də bu məsələləri nəzərə alsaq yaxşı olar. Həmçinin, bələdiyyələrdə namizədlərdən tələb olunan sənədlərin sayı 60-dan çoxdur. Bu məsələyə də diqqət ayrısaq yaxşı olar”, - deputat fevralın 1-də Milli Məclisin plenar iclasında bildirib. 

2024-cü il Azərbaycanda bələdiyyə seçkiləri keçiriləcək. 30 ildən sonra seçkilər bütün ölkəni əhatə edəcək. 
 
Hazırda ölkə üzrə 1606 bələdiyyə fəaliyyət göstərir.
 
Gülnar Nazimqızı

www.anews.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM