Ələkbərovun baş nazir dostu həbs edilir

17:05 | 13.07.2015
Ələkbərovun baş nazir dostu həbs edilir

Ələkbərovun baş nazir dostu həbs edilir

Rumıniya Prokurorluğunun Korrupsiya ilə Mübarizə İdarəsi ölkənin Baş naziri Viktor Pontanı maliyyə fırıldaqçılığında ittiham edir.
 
Axar.az xəbər verir ki, bu barədə məlumatı "Röyter” agentliyi yayıb.
 
Məlumatda Pontanın vergidən yayınma, çirkli pulların yuyulması və dələduzluq üzrə cinayət işində ittiham olunduğu qeyd edilir.
 
Qeyd edək ki, daha öncə Rumıniya Prezidenti Klaus Yohannis korrupsiya iddialarından sonra Baş nazir Viktor Pontanın istefa verməsini təklif etmişdi. Lakin Ponta onu vəzifəsindən yalnız parlamentin uzaqlaşdıra biləcəyini bildirmişdi.
 
Ponta "Lukoyl”un Rumıniyadakı əsas müdafiəçilərindən biri hesab edilir. 

www.ann.az
0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM