“Elektriçka“ geri qayıdır

15:31 | 12.06.2014
“Elektriçka“ geri qayıdır

“Elektriçka“ geri qayıdır

“Bakı və Sumqayıt arasında yüngül elektik nəqliyyat vasitələrinin inşası nəzərdə tutulur”.

ANS PRESS-in məlumatına görə, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov deyib. O bildirib ki, artıq layihələr üzərində iş aparılır:

“Bu iki şəhər arasında çox böyük insan axını var. Hələlik sözügedən məsələ layihə halındadır. Müzakirələr aparılır və layihələr üzərində işləyirik. Bununla yanaşı digər nəqliyyat vasitələləri ilə bağlı da müzakirələr aparılır”.

Nazir müavini paytaxtda daha çox metro, avtobus və taksi nəqliyyatına üstünlük veriləcəyini bildirib. O qeyd edib ki, xüsusislə metro nəqliyyatının inkişafı əsas prioritetlərdəndir: “Ölkə başçısının sərəncamı ilə Metronin İnkişafı Proqramı qəbul olunub. Bu proqramda 50-ə yaxın metro-stansiyanın tikintisi nəzərədə tutulur. Əhaliyə xidmət səviyyəsinin daha da artırılması ilə bağlı müvafiq addımlar atılır. Bunun üçün Bakıya çoxlu sayda həm taksi, həm də avtobus gətiriləcək.

ANN.Az

0
Bizi sosial şəbəkələrdə izləyin !

REKLAM

Xəbər lenti